PAYLAŞ

Home » » ABŞ ordusunun yeni düşməni

ABŞ ordusunun yeni düşməni

Written By Şahlar Ruhi on 2012/08/17 | 13:11


Orduda intihar hadisələrinin sayı rekord həddə çatıb

"Ekipaj" "Times" qəzetinə istinadən məlumat verir ki, ABŞ ordusu keçən ay üzrə orduda intihar hallarının statistikasını açıqlayıb. Məlum olub ki, İyul ayı ərzində ABŞ ordusunun 26 əsgəri özünə qəsd edib. Pentaqon rəsmiləri bu faktı hərbi xidmətə yeni gələnlərin köhnə əsgərlərlə münaqişələri və yenilərin ordu şəraitinə adaptasiya ola bilməməsi ilə əlaqələndiriblər. Məlum olub ki, 2012 –ci ilin ilk 7 ayı ərzində 116 əsgər həyatına suisidlə son verib. Ehtimal olunur ki, il sonuna qədər bu rəqəm 200 –ü keçəcək.
Xatırladaq ki, 2011-ci il ərzində ABŞ ordusunda 167 intihar hadisəsi baş vermişdi.
Filiz
Ekipaj
Share this article :

0 şərh:

Post a Comment

 
Copyright © 2011. Ekipaj - All Rights Reserved