PAYLAŞ

Home » » “Facebook”da spamlardan necə qurtulmalı?

“Facebook”da spamlardan necə qurtulmalı?

Written By Şahlar Ruhi on 2012/08/11 | 17:03

Cavid Ağa 
emperorjava@hotmail.
com

 Yəqin “Facebook” istifadəçilərinin son zamanlar qarşılaşdıqları spamlardan hamınız xəbərdarsınız. Bu spamların mənbəyi və bu spamlardan təmizlənmək üçün tədbirləri yazının ardında oxuya biləcəksiniz.
Spamdan qurtulmaq yolunu deməzdən öncə onun tələsinə necə düşdüyümüzü öyrənmək pis olmaz. İlk öncə başqa brauzerdə (Facebook hesabınızın açıq olmadığını yoxlayın) “http://ariqlama.info” saytına daxil olanda qarşımıza bir qovluq çıxır, bu qovluqların hamısı spam şəbəkəsinə aid olan saytların siyahısıdır. Bu saytlara qətiyyən daxil olmayın:
-    http://www.sandalosesifaris.com
-    http://www.sandalosesifarisi.com
-    http://www.airebraaz.com
-    http://www.beljileti.com
-    http://www.disagartmaqalemi.com
-    http://www.ariqlamageyimi.com
-    http://www.surucugozluyu.com
-    http://www.ariqlamageyimi.com
-    http://www.sigaretsiz.com
Bu saytlara daxil olan kimi saytdaki gizli Facebook kodları işə başlayır və sizdən icazəsiz profilinizə yazılar ötürülməsinə imkan vermiş olursunuz.
Bu saytların hamısı yüksək səviyyədə qorunur və saytların arxasındakı şirkətin əsas saytı olan “http://azpanel.com” saytı da WhoisGuard proqramı vasitəsilə gizləndiyi üçün ilk baxışda saytın əsas sahibini görmək mümkün olmur. Lakin domenin və şirkətin “Vimeo” sosial video şəbəkəsindəki hesabının da 2012-ci ilin fevralında fəaliyyətə başlaması bunun eyni adamın işi olduğundan xəbər verir. Bütün saytlara daxil olarkən əlaqə bölməsində nömrə göstərilir. Rabitə Nazirliyinin köməyi ilə bu nömrənin, dolayısı ilə bu spamların arxasında olan, “Türkiyədən bir dost”u tapmaq mümkün oldu:  Cəfərov İlqar Cəfər oğlu. Bu şəxsin həqiqətən bu işlərin arxasında olması, yoxsa sadəcə adından başqa şirkətlər tərəfindən çirkincə istifadə edilməsindən xəbərsiz olması barədə məlumat yoxdur.
Bu spamlardan necə qurtulmalı?
Yazının ikinci hissəsində spamlardan qurtulmaq yolu yerləşdirilib. Qeyd edəcəklərimiz onun profilindən başqalarına spam gedənlərə aiddir.
Spam göndərməyən və divarına spam gələnlərin edəcəyi tək şey divarı bağlamaqdır. Beləliklə yolları göstəririk:
1.    Hesabımızın “Gizlilik seçimləri” bölümünə gəlirik. (şəkil 1)

Şəkil 2
2.    Açılan pəncərədəki “Ads, Apps and Websites – Reklam, tətbiqetmə, oyun və internet saytları parametrlərinə düzəliş et” hissəsindəki “Parametrləri dəyiş” linkini tıklayırıq. (şəkil 2)

Şəkil 2
3.    Açılan pəncərədə istifadə etdiyiniz tətbiqetmələrin siyahısını görəcəksiniz, “Bütün tətbiqləri – söndür” linkinə tıkladığınız an istifadə etdiyiniz bütün tətbiqlər söndürüləcək və bundan sonra sizdən dostlarınıza spam getməyəcək. (şəkil 3)

Şəkil 3
Bunun belə olmasının səbəbi də əslində spamın bütün proqramların “cildinə girə bilməsi” xüsusiyyətidir.  Bu proseslərdən sonra yenidən “Youtube”, “Messenger” və digər proqramlardan istifadə edə bilərsiniz.
Share this article :

0 şərh:

Post a Comment

 
Copyright © 2011. Ekipaj - All Rights Reserved