Günel Şamilqızı
Hamıya məlumdur ki, müəllimlər, aktyorlar, müğənnilər, natiqlər, mühazirəçilər, diktorlar, nitq aparatından daha çox istifadə edən peşə sahibləridir. Bu peşə sahiblərində laringit, faringit, bronxit kimi peşə xəstəlikləri tez-tez olur ki, bunlar da tənəffüs orqanları, səs telləri ilə bağlı xəstəliklərdir. Tədqiqatlar göstərir ki, müəllimlərdə səs aparatının xəstələnməsi orta hesabla 40,2% təşkil edir. Səsin pozulmasının səbəbləri müxtəlifdir. Bunlardan dördünü əsas götürülür:
1) səsin gündəlik yüklənməsi;
2) səs aparatından istifadə etməyi bacarmamaq;
3) gigiyena qaydalarına düzgün əməl etməmək;
4) səs aparatının anadangəlmə zəifliyi.
Çox vaxt müəllim dərs keçərkən şagirdlərin səs-küyünü yatırtmaq üçün bərkdən danışmalı olur . əgər nəfəsvermə azalıbsa, müəllim tez-tez nəfəs alır, nəm olmayan, təmizlənməmiş havanı ağzı ilə daha çox udur, udlağın və qırtlağın selikli qişasını qurudur və qıcıqlandırır. Bu da xroniki xəstəliklərə, iltihablara gətirib çıxarır. Bu cür peşə xəstəliklərinin qarşısını almaq üçün müəlimlər səsin gigiyenası ilə ciddi məşğul olmalı, məktəbdəki müəyyən iş şəraitinə riayət etməlidirlər. Müəllim iş günü başa çatdıqdan sonra 2-3 saat müddətində uzun söhbətlərdən çəkinməli, vacib gələrsə, sakit və qısa kəlmələrlə danışmalıdır. 3-4 saatlıq dərsdən sonra səs aparatının yorulması baş verir və ona 1-2 saatlıq dinclik verilməsini tələb edir. Bu daha çox 10 il stajı olan müəlimlərə aiddir. Böyük iş stajı olan müəllim isə daha tez yorulur və daha çox dincəlməlidir(2-3 saat).
Yuxarı tənəffüs yollarının, sinir sisteminin, qidalanma rejiminin sağlam vəziyyətinə də diqqət yetirmək lazımdır. Səs aparatı kəskin, qıcıqlandırıcı qidalara qarşı da çox həssasdır. Həddindən artıq soyuq və qaynar, kəskin yeməklər, spirtli içkilər, siqaret çəkmə ağız boşluğunun, udlağın selikli qişasını qıcıqlandırır və qızardır. Boğazda quruluğu aradan qaldırmaq üçün mütəxəssislər boğazı soda və yod məhlulu ilə yaxalamağı məsləhət görürlər. Nitq nə qədər ifadəli olarsa, səs aparatı bir o qədər də sağlam olur. Çünki monoton nitq səs aparatının əzələlərini yorur. Səbəbi isə bu cür nitq zamanı yalnız bir qrup əzələnin fəaliyyətdə olmasıdır.
Tabaşir tozunu udmaq da səs aparatı üçün ziyanlıdır. Lakin son zamanlar müasir lövhədən istifadə bu cür problemin artıq aradan qalxmasına səbəb olmuşdur.
Səs aparatı ilə işləyən şəxslər, xüsusilə də müəlimlər üçün işdən sonra soyuq havada bərk yerimək olmaz. Çünki bu vaxt nəfəsalma tezləşir, dərinləşir, soyuq hava nəfəs yoluna daha tez və çox daxil olur, onu xəstələndirir. Hər bir istedadlı və işgüzar müəllim bütün bunları nəzərə almalı, bu sahədə tibbi və gigiyenik məsləhətlərdən yararlanmağa çalışmalıdır. Unutmaq olmaz ki, müəllimin nitqi onun pedaqoji ustalığının ən vacib elementlərindən biridir.

0 şərh:
Post a Comment