PAYLAŞ

Home » , » Pakistanda "Anticorab" kampaniyası

Pakistanda "Anticorab" kampaniyası

Written By Unknown on 2013/05/21 | 23:55

Pakistanın hakimiyyət dairələri ölkədəki dövlət qurumları və özəl şirkətlərdə çalışanlara ofislərdə işə corabsız gəlmələrini tapşırıb.


Ölkədə enerji qıtlığı artıq xroniki hal aldığı üçün yayın gəlişi ilə əlaqədar olaraq belə qərar qəbul olunub.


"Anticorab" kampaniyası iş yerlərində elektroenerjiyə qənaət məqsədi daşıyır.
Elektroenerji qənaəti kampaniyası çərçivəsində ölkənin bəzi bölgələrində işıqlar 20 saat müddətinə kəsilir.

"Məqsədimiz dövlət qurumlarında çalışanların zahiri görünüşlərini nizamlamaq deyil. Havalar çox isti olacaq və bu səbəbdən də iş yerlərində kondisionerlərdən çox istifadə olunur. Ona görə də işçilərin corabsız, ayaqlarında mokasin və ya səndəl tipli ayaqqabılarla işə gəlmələri daha məsləhətdir", - Pakistan Əmək Nazirliyinin mənsubu deyib.
Fəxri Hacı // Ekipaj
Share this article :

0 şərh:

Post a Comment

 
Copyright © 2011. Ekipaj - All Rights Reserved