Salman C.
salmanov_c89@mail.ru
salmanov_c89@mail.ru
Türkiyə haqqında danışmağa başlamamış məncə əvvəldən kiçik bir haşiyə çıxmaq lazımdır.Türkiyənin samballı qəzetlərindən olan "Hüriyyet" in köşə yazarı Fatih Çəkirgə azərbaycanlı məmur haqqında sensasiyalı bir yazı yazmışdı. Mən həmin yazıdan bir hissəni yadınıza salmaq istəyirəm:
"Arap Baharı aslında bir insanlık ve demokrasi hareketidir.
Ve belli ki çok yakında Azerbeycan'a da uğrayacaktır."
Bəli, bu cümlələri oxuyanda hətta bişmiş toyuğun da gülməyi gələr. Bunu son 25 ildir əsas mövzusu terror olan ölkənin jurnalisti deyir . Demokratiya anlayışına üz qarası hərbi çevrilişlər tarixi olan olan ölkənin jurnalisti belə pafoslu cümlələr yaza bilər. Ona şərait yaratsan bütün dünyanı borclu çıxarda bilər. Məncə, bu gün Türkiyənin ən böyük bəlası da budur - pafos bu xalqi məhv edir. Bunu Türkiyə haqqında azca maraqlanan hamı bilir. Yoxsa ölkənin Cənub-şərqindən gələn tabutları bayram sevinci ilə bayrağa büküb yürüş etməyi heç nə ilə izah edə bilməzsizniz. Onlar hər gün şəhidlərinin artmasına heç bir reaksiya vermirlər. Sanki belə də olmalıymış. Bəlkə bir saat matəm olar,çox vaxt o da olmaz. Ən səthi məlumat üçün xəbərlər vaxtı Türk televiziya kanallarına baxın.70 milyonluq xalq nə yemir nə də içmir. Bunlar əlində silah kimsə Turkiyəyə hücüm etsin müharibə edək deyə gözləyir. Türkiyənin təhsil,məşğulluq istirahət problemi yoxdur, əvəzində ən böyük problemləri kürt açılımı, terror və ödənişli əsgərlik haqqında qanundur. Ölkədəki böyüki partiyaların bir şüarı var - "biz terroru bitirəcəyik". Bu şüar altında əyalətlərə gedib böyük kütlə qarşısında mitinqlər də edirlər. Çoxlu da alqış toplayırlar. Adamın başının üstündə Allah var - Rəcəb Tayyip Ərdoğan o qədər pafoslu danışır ki, klassik musiqi fonunda ona qulaq asanda hətta ağlamaq da olar.Türkiyə haqqında danışarkən onun "ərəb baharının" hamisi olmasını da vurğulamaq lazımdır. Hələbdə türk zabitləri həbs olunmuşdu və Türkiyə höküməti bunu inkar etdi.Suriya səmasında Türk təyyarəsi vuruldu yenə inkar etdi ki bəs neytral zonada vurulub. İndi uşaq da olsan Suriya müxalifətinə silahın Türiyə vasitəsilə çatdırildığını bilməlisən.Türkiyənin hökümətinin yeni vəzifəsi "bahar" istehsal etməkdir. Daxilindəki xalqların problemini həll etmək gücü olmayan bir hökümətin ən ümdə məsələsi Suriyaya demokratiya gətirməkdir.Təkcə PKK ilə mübarizədə 30 min insanını ölkənin demokratiya ixracından daha böyük problemi var.
P.S. Ərəb baharı demokratiya gətirirsə, Suriya üsyaçılarının poçt xidməti əməkdaşlarını binanin damından atıb öldürməsi də demokratiyanın zirvəsidir, Fatih bəy?
0 şərh:
Post a Comment