PAYLAŞ

Home » , » Hədəf - Əli Kərimli, Səbəb-2013

Hədəf - Əli Kərimli, Səbəb-2013

Written By Şahlar Ruhi on 2012/08/20 | 00:51


 Sərraf Əliyev
Sarraf_aliyev@mail.ru

İllərdir öz siyasi rəqiblərinə qarşı iyrənc üsullarla "mübarizə" aparan Azərbaycanın sülalə hakimiyyəti 2013-cü il öncəsi yenidən bu üsulları işə saldı. Bu dəfə, daha doğrusu, yenə də, hədəf Əli Kərimlidir. Niyə, yenə də? Çünki, artıq neçənci dəfədir ki, Əli bəy bu rejimin iyrənc "mübarizə aparatı"nın hədəfindədir.
 İttiham: "Əli Kərimli Əbülfəz Elçibəyi zəhərləyib". Alət, yenə də, "balıq" Hafiz. İylənmiş, həm də öz başı olmayan balıq. Bu balığın özünün başı yoxdur, onun başı olmaq istəyən və olanlar var. Və də həmin başların başı var ki, o da İlham Əliyevdir. "Balıq başdan iylənər" məntiqilə baxsaq, çürümənin hardan başladığı aydındır. Burası belə...

Məsələnin başqa bir maraqlı tərəfi isə budur ki, bu hakimiyyət nə vaxtdan Əbülfəz Elçibəylə maraqlanan olub?!
Əbülfəz Elçibəyin bu ölkəyə gətirdiyi demokratiyanı siz məhv etmədinizmi?
Əbülfəz Elçibəyin bu millətə qaytardığı milli ruhu siz öldürmədinizmi?
Əbülfəz Elçibəyin 70 il sonra bərpa elədiyi, dirçəltdiyi Rəsulzadə ideyalarını siz tarixə gömmədinizmi?
Əbülfəz Elçibəyin canından çox sevdiyi bu milləti siz bədbəxt etmədinizmi?
Əbulfəz Elçibəy yolunun davamçılarını siz düşmən elan etmədinizmi? və s.

Saymaqla bitməyən bütün bu etdiyiniz "xidmətlərdən" sonra nə haqla Əbülfəz Elçibəyin adını dilinizə alırsınız?!
 İndi isə məsələyə tamamilə fərqli bir aspektdən yanaşaq. Əlbəttə, hakimiyyət sonuncu əxlaq kodekslərinə zidd gedişlərilə absurdun absurduna varmış oldu. Amma, onları da hardasa başa düşmək olar. Axı onların bir hesabı var idi. Həmin hesaba görə 2012-ə qədər nə Əli Kərimli qalmalı idi, nə də, AXCP. Ancaq, nə baş verdi? 2012-ə AXCP ən güclü müxalifət partiyası, Əli Kərimli ən güclü lider və prezidentliyə ən real namizəd kimi daxil oldu. Təbiidir ki, bütün bu baş verənlərin fonunda Əliyev və onun kamandası sakit qala bilməzdi, qalmadı da. Çünki, onların mahiyyəti və xisləti buna imkan vermir. Amma, onların bir hesabı varsa, xalqın da bir hesabı vardır. Son söz xalqındır. Əli bəy də elə bunu deyir: "Hər şeyi millətimin mənafeyi, haqqın, ədalətin təntənəsi üçün edirəm. Tək ümidim də bu millətədi"!
Share this article :

0 şərh:

Post a Comment

 
Copyright © 2011. Ekipaj - All Rights Reserved