PAYLAŞ

Home » , » İngiltərədə bayraq böhranı

İngiltərədə bayraq böhranı

Written By Şahlar Ruhi on 2013/05/20 | 02:34


 Qəsəbələrin birində ingilis bayrağının işlədilməsi qadağan edilib

Bristol post`un verdiyi xəbərə görə ölkənin Cənub-qərbində yerləşən Radstok bələdiyyə məclisi qəsəbədə İngiltərə (böyük Britaniya yox) bayrağının işlədilməsinə qadağa qoyub. Səbəb kimi bayrağın ərazidəki müsəlmanlara Xaç yürüşlərini xatırladıb onları narahat etməsi göstərilir.
Universitetdəəllim işləyən qəsəbə Məclis üzvü Elyanor Cekson bayrağın Xaç yürüşləri zamanı ingilis əsgərləri tərəfində istifadə olunduğunu və bunun müsəlman əhali arasında narahatçılığıa gətirib çıxardığını ifadə edib.

İngiltərədə Milli Vətənsevərlər qrupu kimi tanınan St Corc Cross Cəmiyyətinin rəhbərlərindən biri Con Klements bu qərarı axmaqlıq kimi dəyərləndirib.O həmçinin milli bayrağa bu cür senzura tətbiq etməyin ictimai itaətsizliyə səbəb oladuğunu bildirib. (bu cümləni çıxarmaq da olar)

Qeyd edək ki, St Corc Cross kimi də tanınan İngiltərə bayrağı ağ zəmin üzərində təsvir olunan qırmızı xaçdan ibarətdir.

Faiq Tahirov /Ekipaj

Share this article :

0 şərh:

Post a Comment

 
Copyright © 2011. Ekipaj - All Rights Reserved